Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsində güclü yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Dekabrın 25-dən 26-a keçən gecə polis bölməsində partlayış səsləri eşidildikdən sonra yanğının başladığı bildirilir.

Rəsmi məlumatda hadisənin qaynaq işləri aparılması səbəbindən meydana gəldiyi iddia edilib.

Qeyri-rəsmi məlumatlarda polis bölməsinə yenidən hücum edildiyi qeyd olunub.

Xatırladaq ki, dekabrın 15-də həmin polis bölməsinə silahlı hücum nəticəsində 14 polis əməkdaşı öldürülüb.