Gəncədə evakuator piyadanı vurdu
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV xəbər verir ki, şəhərin Vəli Xuluflu küçəsində evakuator piyada 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub. Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Sarıyev Gəncə şəhər MKTİB işçisidir.
Sabah Bakıda bu yollar qismən bağlı olacaq