Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Sankt-Peterburqda qeyri-rəsmi görüş baş tutub.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan erməni mediasına açıqlamasında deyib.

“MDB-nin qeyri-rəsmi sammiti zamanı Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında qeyri-rəsmi təmaslar olub. Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli formatda müzakirələr aparılıb”, - deyə o bildirib.