Timoşenko Ukraynada səfərbərliyin əleyhinədir
Ukraynanın “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko Ukraynada səfərbərlik haqqında qanunun hazırkı variantını konstitusiyaya zidd adlandırıb və ona səs verməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
"Batkivşina indiki formada səfərbərlik haqqında qanuna səs verməyəcək", - deputat bildirib.
Timoşenkonun sözlərinə görə, qanunun ölkə parlamentinə təqdim edilən hazırkı variantı konstitusiyaya uyğun gəlmir.