İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi və Təhlükəsizlik Şurasının hazırkı sədri Əmir Səid İrəvani Antonio Quterreşə müraciət edib.

BUTA.TV xəbər verir ki, o, BMT-nin Baş katibindən SEPAH generalı Rza Musəvinin öldürülməsinə görə İsraili mühakimə etməsini istəyib.

İrəvani bununla yanaşı, İsrailə cavab veriləcəyi ilə bağlı təhdid bəyanatı səsləndirib:

“İran uyğun zamanda İsrailin hərəkətinə həlledici cavab vermək hüququnu özündə saxlayır”.

Qeyd edək ki, dekabrın 25-də İsrailin hücumu nəticəsində Qüds briqadasının sabiq komandiri Qasım Süleymaninin yaxın silahdaşı və SEPAH müşaviri Seyid Rza Musəvi Suriyada həlak olub.