Türkiyənin Şimali Mərmərə magistral yolunun Sakarya istiqamətində zəncirvari qəza baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, sıx duman səbəbindən 3-ü avtobus və biri yük maşını olmaqla 7 nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardımı briqadaları cəlb olunub.