Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”-“Qarabağ” oyununun Xankəndidə keçirilməsi məsələsi gündəmdə yoxdur.

Bu sözləri BUTA.TV-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev deyib.

“Belə bir məsələ müzakirə olunmayıb və gündəmdə yoxdur”, - Abdullayev bildirib.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”–“Qarabağ” oyununun Xankəndidə keçirilə biləcəyi ilə bağlı iddia yayılıb.