Qazaxıstanda qızılcadan iki körpə ölümü qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan səhiyyə nazirinin müavini Ayjan Esmaqambetova deyib.

“Astana və Şərqi Qazaxıstan vilayətlərində iki ölüm halı qeydə alınıb. Bunlar 1 yaşına çatmamış, daha doğrusu, vaksinasiya yaşına çatmayan uşaqlardır”, - Esmaqambetova bildirib.

Onun sözlərinə görə, daha 15 uşağın vəziyyəti ağırdır.

Qazaxıstan Milli İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, ilin əvvəlindən ölkədə qızılcaya 26 815 yoluxma halı qeydə alınıb. 18-24 dekabr tarixlərində isə 2 373 nəfər bu xəstəliyə yoluxub.