Ukrayna Rusiyaya məxsus iki şərnişin təyyarəsini müsadirə etməyi planlaşdırır.

BUTA.TV xəbər verir ki, bununla bağlı Ukrayna Ədliyyə Nazirliyi Ali Antikorrupsiya Məhkəməsində iddia qaldırıb.

Nazirlik “İlyuşin Finans Ko” lizinq şirkəti ASC-yə məxsus An-148-100E sərnişin təyyarələrini dövlətin hesabına keçirməyi hədəfləyir.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Ukrayna Nazirlər Kabineti Vladimir Zelenskinin Rusiya əmlakının və Ukrayna ərazisindəki aktivlərinin müsadirə edilməsi haqqında fərmanını təsdiqləyib.