Münaqişənin başladığı andan bəri (7 oktyabr 2023-cü il) HƏMAS-ın hərbiləşdirilmiş qrupları İsrailə məxsus 800-dən çox hərbi texnika məhv edilib, yaxud ciddi zərər görüb.

BUTA.TV xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” Briqadasının nümayəndəsi Əbu Ubeyda deyib.

“İsrail təcavüzünün Qəzzada başlamasından bəri 825 texnika məhv edilib”, - deyə o bildirib.