Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi Donq Szyunun müdafiə naziri təyin edilməsinə səs verib.

BUTA.TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Daimi Komitənin yeddinci iclası dekabrın 29-da Pekində Xalq Yığıncaq Məclisində başa çatıb. Səsvermədən sonra iclasda Donq Szyunun müdafiə naziri təyin edilməsi qərara alınıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin keçmiş müdafiə naziri Li Şanfu hərbi texnikanın alınmasında yol verdiyi pozuntulara görə saxlanılmışdı.