Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb. Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.