Əfsanəvi braziliyalı futbolçu və məşqçi Mario Zaqallo 93 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə onun İnstaqram səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, Mario Zaqallo həm oyunçu (1958-1962), həm baş məşqçi (1970), həm də baş məşqçi köməkçisi (1994) kimi dünya kubokunu qazanan nadir futbolçulardan idi.