Rus jurnalistdən şok: Ruslar heyvandır!
Rusiyalı keçmiş jurnalist, yazar və bloger Bojena Rınska Latviyada yaşayan bütün rusları heyvan adlandırıb.
BUTA.TV mk.ru-ya istinadən xəbər verir ki, xanım Rınska Latviyada yaşayan rusları “dəhşətli sovet-rus dünyasının qalıqları” hesab edib.
“Yalnız latışlar insanlardır, ruslar isə tamamən heyvandır. Ruslar dələduz və oğrular, mənəvi kateqoriyadan tamamən kənar olanlardır”, - deyə o bildirib.