Yaxın zamanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.