Ermənilərin 250-yə yaxın TIR-ı "Yuxarı Lars"da gözləyir
Ermənistanın 250-yə yaxın yük maşını “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsinə gedən yolda gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.
O bildirib ki, hazırda Ermənistandan Rusiyaya gedən 150-yə yaxın, Rusiyadan Ermənistana gələn 100-ə yaxın yük maşını “Yuxarı Lars”da dayanıb.
Qeyd edək ki, ötən gün axşam saatlarından Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanıb.
500 manatdan yuxarı ödənişlərlə bağlı YENİ QAYDA - AÇIQLAMA