Mask ABŞ prezident seçkisində öz favoritini açıqladı
Amerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvamiyə güvənir.
BUTA.TV xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində bildirib.
Siyasətçi öz səhifəsində Maskın özü haqqında müsbət şərhini paylaşıb.
Qeyd edək ki, Ramasvami 2024-cü ildə keçiriləcək prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxmaq niyyətində olduğunu bildirib.