Bu gün Azərbaycan kifayət qədər aqressiv ritorikadan istifadə edir və hərbi potensialını gücləndirir.

BUTA.TV xəbər verir ki, bu iddianı keçmiş Qarabağ separatçılarının keçmiş nümayəndəsi Ayk Xanumyan səsləndirib.

O bildirib ki, xarici cəbhədə Bakının 2020-ci ilin sentyabrına qədər həyata keçirdiyi diplomatik və digər hazırlıqları “müşahidə edir”:

“Ona görə də mən Azərbaycan tərəfdən müharibəyə hazırlıq görürəm və hesab edirəm ki, 2024-cü ildə Ermənistana qarşı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir”.

Onun sözlərinə görə, Azərbaycan İran tərəfi ilə məsələləri həll edə bilsə, Zəngəzura hücum edə bilər.

Qoşulub qaçan cütlük ot tayasından tapıldı Qoşulub qaçan cütlük ot tayasından tapıldı