Şəkidə yaşayış evində baş verən partlayışda bir nəfər xəsarət alıb.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Vərəzət kəndində baş verib.

Partlayış nəticəsində Vərəzət kənd sakini, 1959-cu il təvəllüdlü Arif Tapdıq oğlu Feyziyev xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.