Ötən il Azərbaycanda istehsalatda 465 bədbəxt hadisə baş verib.

BUTA.TV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb.