Rusiya Türkiyəyə neft tədarükünü rekord həddə çatdırdı
Rusiyadan Türkiyəyə neft tədarükü gündə 444 min barrelə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
“2023-cü ilin dekabr ayı ilə müqayisədə Rusiyadan Türkiyəyə neft tədarükünün həcmi sutkada 12 min barrel artaraq 444 min barrelə çatıb. Bu həcmin 70%-ə yaxını Türkiyənin Əliağa limanına göndərilib”, - nəşr bildirib.