Dünənki partlayışda ölənlərdən biri bu ölkənin vətəndaşıdır
Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır.
Ölən adımın adı açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 15-də Binəqədi rayonundakı mebel sexində baş verən partlayışda 7 nəfər ölüb, 20 nəfər yaralanıb.