Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar nəticəsində son 5 gündə PKK terror təşkilatının 114 hədəfini məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​bildirib.

“Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən aviaəməliyyatlar nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, - nazir deyib.

O, PKK-ya qarşı mübarizənin son terrorçu məhv edilənə qədər davam edəcəyini vurğulayıb.