Sübhani Petrosyanla da görüşdü
İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bu gün baş tutan görüş iki saat davam edib. Tərəflər Ermənistan-İran dostluğunun möhkəmləndirilməsi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi və kommunikasiya marşrutlarının fasiləsiz fəaliyyətinin təmin edilməsi və inkişafı məsələlərini müzakirə ediblər.