Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli mənsubiyyətə görə nifrət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

BUTA.TV xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məhkəmə 37 yaşlı Alçinovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (nifrət və ya düşmənçik salınması, insan ləyaqətinin alçaldılması) maddəsi ilə təqsirli bilib. Bu maddə üzrə maksimum sanksiya 5 ilədək azadlıqdan məhrumetmədir. İşə bağlı qapılar arxasında baxılıb.

Məhkəmə müəyyən edib ki, Alçınov 2023-cü il aprelin 28-də kənd mədəniyyət evinin yaxınlığındakı vətəndaşların yığıncağında erməni, Qafqaz və Orta Asiya millətlərindən olan şəxslərə münasibətdə mənfi çıxışlar edib.

Bildirilir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxarıb? - Açıqlama-Yenilənib Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxarıb? - Açıqlama-Yenilənib