Ukraynadakı vəziyyət Kiyev üçün artıq pisə doğru dəyişir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer bildirib.

O qeyd edib ki, ABŞ Konqresinin yeni yardım göstərməklə bağlı təcili qərarı olmasa, vəziyyət geridönməz şəkildə pisləşə bilər:

"Açığı, burada məqsəd Ukraynada vəziyyətin pisə doğru dəyişdiyini aydınlaşdırmaqdır. Əgər biz onlara tez kömək etməsək, hər şey geridönməz hal alacaq".