Pakistan İran ərazisinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna endirilən zərbələr nəticəsində 7 nəfər ölüb.
Pakistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda "Marg Bar Sarmachar" əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib.

Sabirabadda qaçırılan 15 yaşlı qız tapıldı Sabirabadda qaçırılan 15 yaşlı qız tapıldı