Türkiyəli kosmonavtın kosmosa uçuşu təxirə salındı
Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcının kosmosa uçuşu təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır məlumat verib. Məlumata görə, uçuş yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49-a təxirə salınıb.
Qeyd edək ki, Alpər Gezeravcı 2024-cü il yanvarın 18-də Türkiyə vaxtı ilə saat 01:11-də kosmosa uçacaqdı.