Ermənistan sərhədindəki bu yol bağlandı
Ermənistanla sərhədə gedən yolda Paravani aşırımı çətin meteoroloji şəraitlə əlaqədar bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-ci kilometrindən 147-ci kilometrinədək hissəsində (Paravani aşırımı) qar fırtınası və zəif görmə ilə əlaqədar bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.