Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

“BUTA.TV” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb və onunla qanunvericiliyə uyğun olaraq sorğu-sual aparılıb.

Həmin şəxs havalimanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir ədəd bağlama gizlətdiyini bildirib. Yoxlama zamanı həmin bağlamadan tanınmış brendlərə aid, ümumilikdə dəyərləri 59 min 500 manatdan çox olan 2 ədəd qol saatı, 3 ədəd biləzik, 1 cüt sırğa, aksesuarlar aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq