Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi husilər tərəfindən Qırmızı dənizdə buraxılan PUA-nı vurub.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaqdır”, - məlumatda qeyd olunub.

Xəsarət alanların olmadığı bildirilib.