Bu hücuma görə İran məsuliyyət daşıyır - NATO
İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücuma görə İran məsuliyyət daşıyır.
BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"İran regionda sabitliyi pozmaqda davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçuları dəstəkləyir", - Stoltenberq qeyd edib.