Rusiya qüvvələri 44 min nəfərlik bir qrupu Kupyansk istiqamətində cəmləşdirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları Komandanlığının İctimaiyyətlə əlaqələr xidmətinin rəisi Vladimir Fityo deyib.

O bildirib ki, döyüş zonasında ümumilikdə 200 min rus işğalçısı var: "Düşmən qüvvələrinin sayı daim nəzarətdə saxlanılır. Biz güclü - resursları çox olan yaxşı təchiz edilmiş ordu ilə döyüşürük".

V.Fityo rus ordusu tərəfindən ələ keçirildiyi iddia olunan Xarkovun Tabayevka kəndindəki vəziyyətdən də danışıb:

"Ukrayna hərbçiləri işğalçıları bu kəndin ərazisindən sıxışdırıb çıxarmağa çalışır. Ruslar bura nəzarət etmirlər".

Qeyd edək ki, Rusiya ordusunun Tabayevka kəndini ələ keçirdiyi barədə məlumat yayılmışdı.