Bu gün səhər saatlarında İranın Fars əyalətinin Neyriz bölgəsində silahlı qarşıdurma baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qarşıdırma zamanı iki polis zabiti öldürülüb, 4 polis isə yaralanıb.

Ölənlərin polkovnik Rza Şahsevəni və leytenant Əli Şahsevəni olduğu bildirilir. Onlar narkotik maddələrin qaçaqmalçıları ilə atışmada həlak olublar.