İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsinin Gələkan sərhəd məntəqəsində mina partlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

SEPAH-ın yanacaq qaçaqmalçılarına qarşı quraşdırdığı minanın partlaması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.