Bakı-Şamaxı-İsmayıllı yolu buz bağladı, qəza oldu - Video
Şaxtalı hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında problemlər yaşanmaqdadır. Belə ki, duman və yolun buz bağlaması səbəbindən avtomobillər yolda qalıblar.
BUTA.TV Oxu.az-a istinadən xəbər veri ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə qeyd olunur ki, Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb. Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar.
İsmayıllı-Muğanlı yolunda bir neçə avtomobilin iştirakı ilə qəza baş verib.
Həmin görüntüləri təqdim edirik: