Şəmkirin Yeni Həyat kəndində 57 yaşlı Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb.

BUTA.TV xəbər verir ki, o, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.