ABŞ İordaniyada səhra bazasına edilən hücuma bir neçə gün ərzində cavab verəcək.

BUTA.TV xəbər verir ki, bu barədə ABC Nyus adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda ABŞ-ın birdən çox hədəfi vuracağı bildirilib:

“Amerika qüvvələrinə qarşı bu hücumlara şərait yaradan şəxslərə və mərkəzlərə qarşı dəqiq və planlaşdırılmış zərbələr endiriləcək”.