Rəfah şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın daha iki komandiri öldürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələri məlumat yayıb.

Bildirilib ki, PUA zərbəsi nəticəsində HƏMAS-ın Rəfah bölgəsində yüksək səviyyəli komandiri vəzifəsində çalışan Əhməd Əliakubi öldürülüb. Zərbə zamanı HƏMAS-ın yüksək rütbəli komandiri İman Rantisi də məhv edilib.