Ötən gün yerli mətbuatda müğənni Elçin Cəfərov həyat yoldaşı Aydandan boşanması ilə bağlı xəbərlər çıxıb.

BUTA.TV baku.ws-ə istinadən bildirir ki, sənətçi şəxsi həyatı ilə bağlı yayılan xəbərlərdən sonra sosial şəbəkədə paylaşım edib. Elçin paylaşımda bunları qeyd edib: "Haqqında haradasa nahaqq danışırlarsa, üzülmə. Yaxşı insan olduğuna inanırsansa, Allah sənin haqqını müdafiə edən birini orada dilləndirəcək. Sən o adamı tanımasan belə...".

Xatırladaq ki, Elçinlə həyat yoldaşı Aydanın boşanması ilə bağlı ilk xəbəri "metbuat.az" saytı yayıb. Onlar 2016-cı ilin aprel ayında evləniblər. Aydan Xalq şairi və deputat Sabir Rüstəmxanlının qızıdır.