Abşeronda 54 yaşlı kişi dəm qazından öldü
Abşeron rayonunun Saray qəsəbəsində 54 yaşlı kişi dəm qazından boğularaq ölüb.
BUTA.TV xəbər verir ki, 1970-ci il təvəllüdlü Həsən Əskər oğlu Xəlilov gecə saatlarında evinin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.