Azərbaycanlı iş adamı Rusiyada öldü
Rusiyada yaşayan azərbaycanlı iş adamı, 1957-ci il təvəllüdlü Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib.
Bu barədə BUTA.TV-a mərhumun yaxın qohumu məlumat verib.
Bildirilib ki, onun hansı səbəbdən öldüyü məlum deyil:
“Mərhumun nəşi ölkəmizə gətirilməyib, Rusiyada dəfn olunub”.
Qeyd edək ki, R.Cəfərov Cəlilabaddandır.
O, uzun illər Rusiyada yaşayıb. Mərhum bir neçə restoranın və ticarət mərkəzinin sahibi idi.
Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq