"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin daha bir tenderi başa çatıb.

BUTA.TV 32gun.az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni” QSC üçün müxtəlif reklam işlərini yerinə yetirmək üçün mal və materialların satın alınması ilə bağlı tenderin qalibi "STARPRİNT" MMC olub. Tərəflər arasında  224.034,21 AZN-lik müqavilə bağlanacağı gözlənilir. Bildirək ki, nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi Elçin Hacıyev Vahid oğludur.

Xatırladaq ki, Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur.