Fransa Prezidenti Emmanuel Makron Parisdə bir sıra ölkələrin liderləri ilə Ukraynaya yardımla bağlı görüş keçirəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib. Fevralın 26-da keçiriləcək görüşdə hansı dövlətlərin iştirak edəcəkləri ilə bağlı məlumat verilməyib.

Adlarının çəkilməsini istəməyən bir neçə fransız məmur isə “Röyters”ə bildirib ki, Makron ABŞ-ın davamlı dəstəyi ilə bağlı narahatlıqlara baxmayaraq, Moskvaya Avropanın Ukraynadan yorulmadığına dair siqnal göndərməkdə qərarlıdır.

“Assoşeyted Press” isə yazıb ki, Polşa Prezidenti Andjey Duda görüşdə iştirak edəcəyinə söz verib.