Bilirsiniz, biz dövlətlərarası əlaqələr qurmuşuq.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə etibar edib-etmədiyi barədə suala cavab verərkən deyib. “Ermənistanla Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik”, - Paşinyan bildirib.

“Siz hazırda Vladimir Putinlə əlaqə saxlayırsınızmı?” sualına Paşinyan belə cavab verib:

“Bəli, sonuncu dəfə dekabrda danışmışam”.

Qeyd edək ki, Paşinyan Putinə inanıb-inanmadığı sualına konkret cavab verməsə də, Azərbaycan lideri ilə arasında qarşılıqlı inamsızlıq olduğunu etiraf etmişdi.