Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.

BUTA.TV xəbər verir ki, bu barədə Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus X səhifəsində yazıb.

Diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi alyansın daxili dənizinə çevriləcək.

Onun fikrincə, Rusiyanın NATO-ya üzv dövlətlərə təcavüzü halında ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.

“Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir”, - Linkyaviçyus bildirib.