Yaşadığım evin yaxınlığında mənə aid olan avtomobil yanıb. Hazırda araşdırma gedir, yanğının necə olduğu barədə dəqiq məlumat yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədov məlumat verib.

O bildirib ki, nəqliyyat vasitəsi rəsmi olaraq oğlunun adına olsa da, özü idarə edirdi:

“Hadisə dünən axşam saatlarında Sumqayıtda, 6-cı mikrorayon ərazisində, yaşadığımız evin yaxınlığında olub. Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.

Qeyd edək ki, yanan avtomobil "Toyota Lənd Kruzer" olub.