“Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Baronov və Timaşev 2017-2021-ci illər arasında "Rusiyanın 200 ən varlı iş adamı" reytinq siyahısına daxil edilib.

Nəşr yazıb ki, bununla da Ukrayna müharibəsinin başlanmasından keçən iki il ərzində Rusiya vətəndaşlığından imtina edən milyonçuların sayı 9-a çatıb.

Hazırda Baronov İsveçrədə, Timaşev ABŞ-da yaşayır.