HƏMAS-dan İsrailə: Bunu cavabsız qoymayacağıq!
İsrailin Qəzzada Nabulsi dairəsinə hücumu dəhşətli qətliamdır.
BUTA.TV xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı məlumatda bildirilir.
“Nabulsidə baş verən dəhşətli insident cavabsız qalmayacaq. Qayıdışımız və azadlıq hüququmuz reallaşana qədər müqavimətimizi davam etdirəcəyik”, - deyə bildirilib.
Qeyd edilir ki, sözügedən hücumda humanitar yardımı gözləyən 100-dən çox fələstinli həlak olub.