Yəmən yaxınlığında güclü zəlzələ baş verdi
Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin məlumatında deyilir.
Təkanlar Ərəbistan dənizində, Sokotra adasından 360 km cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10,2 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatın olması barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.